Sabri üçün 15-ci baş məşqçi

13:59 - 16 Fevral 2017

Karyerası "Qalatasaray"la bağlı olan Sabri Sarıoğlu rekorda doğru irəliləyir.

 

Sportal.az xəbər verir ki, 2002-ci ildə çıxış etdiyi "Qalatasaray”da 15-ci baş məşqçi ilə tanış olub. Bu, ötən gün İqor Tudorun İstanbul təmsilçisinə baş məşqçi təyin olunmasından sonra reallaşıb.

 

O, bu göstəriciyə görə "İnter"in sabiq kapitanı Xavyer Zanettindən geri qalır. Əfsanəvi argentinalı 17 məşqçi ilə çalışıb.

 

Qeyd edək ki, İqor Tudor istefaya göndərilən Yan Olde Riekerniki əvəzləyib.

Xəbər xətti