"İnter" "Zirə" ilə, "Neftçi" "Kəpəz"lə heç-heçə etdi YENİLƏNİB

19:55 - 18 Fevral 2017

Bu gün Azərbaycan Premyer Liqasında 19-cu tura start verilib.

 

Sportal.az xəbər verir ki, ilk oyun gününə iki görüş nəzərdə tutulub. “İnter” öz meydanında “Zirə”ni qəbul edib. Matç 1 - 1 hesablı bərabərliklə başa çatıb.

 

Günün ikinci oyununda isə “Kəpəz” əzəli rəqibi olan “Neftçi”nin qonağı olub. Qarşılaşmada qolsuz bərabərliklə yekunlaşıb.

 

15:30. “İnter” – “Zirə”  1:1

Qol: Rauf Əliyev, 47 - Denis Silva, 40 (avtoqol)

Qırmızı vərəqə: Anar Nəzirov, 74
Hakimlər: Orxan Məmmədov, Vaqif Musayev, Akif Əmirəli, Ziya Nəsirov
AFFA nümayəndəsi: Arif Fərəcov
Hakim-inspektor: Kərim Ağayev
“İnter Arena”

 

18:00 “Neftçi” – “Kəpəz” 0:0
Hakimlər:
Rauf Cabbarov, Nahid Əliyev, Rahil Ramazanov, Əliyar Ağayev
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Füzuli Nəcəfov
“Bakcell Arena”

Xəbər xətti