Ramil Şeydayevə şans verilmədi

00:38 - 19 Fevral 2017

Futbol üzrə Slovakiya çempionatında 20-ci turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayevin bir müddət öncə transfer olunduğu “Jilina” da qış fasiləsindən sonra ilk matçına çıxıb.

 
Sözügedən klub səfərdə “Seniça” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan 0 - 2 hesablı məğlubiyyətlə ayrılıb.
 
Şeydayevin adı bu qarşılaşmanın iştirak ərizəsinə salınmayıb.
 

Qeyd edək ki, "Jilina" hazırda 44 xalla çempionatın vahid lideridir.

Xəbər xətti