Mahir Mədətov debütündən danışdı: "Prosineçkiyə özümü göstərmək istəyirdim"

14:38 - 10 Mart 2017

Qətər və Azərbaycan milli komandaları arasında keçirilmiş yoldaşlıq oyununda yığmamız 2:1 hesablı qələbə qazanıb.
 
Sportal.az xəbər verir ki, Doha şəhərində keçirilmiş matçdan sonra millimizin hücumçusu Mahir Mədətov əsas yığmada keçirdiyi ilk oyun barədə danışıb:


“Maraqlı oyun oldu. Hər iki komanda açıq futbola üstünlük verirdi. Məşqçimizin verdiyi tapşırıqları yerinə yetirib qələbə qazandıq. Bu oyun mənim üçün xüsusi əhəmiyyət kəsb edirdi. Çünki əsas millidə ilk dəfə debüt edəcəkdim. Həyəcan yox idi desəm, yalan olar. Baş məşqçi Robert Prosineçkiyə özümü göstərmək istəyirdim. Gənc bir oyunçu üçün bu böyük bir məsuliyyətdir. Düşünürəm ki, bunu bacardım. Əlbəttə, bununla kifayətlənməməliyəm. Növbəti toplanışlara da dəvət alsam, komandaya faydalı olmaq üçün bacardığımın ən yaxşısını etməyə çalışacam”.

Xəbər xətti