"Kəpəz" "Zirə" ilə matça itki ilə çıxacaq

00:05 - 13 Mart 2017

Sabah Az'rbaycan Premyer Liqasında IV dövrəyə start veriləcək.

 

Sportal.az xəbər verir ki, XXII tur Gəncədə keçiriləcək oyunla başlayacaq. “Kəpəz” doğma divarlar arasında “Zirə”ni qəbul edəcək. 

 

Bu oyunla bağlı hazırlığın əsas hissəsini Bakıda keçirən “sarı-göylər” bu gün Nizami yurduna gəlib və qarşılaşmanın baş tutacağı arenada son məşqinə çıxıb. Hazırlıq prosesi mətbuat və azarkeşlər üçün açıq xarakter daşıyıb. 

 

Qarşıdakı matç öncəsi “Kəpəz”in heyətində bir zədəli futbolçu var. Söhbət Tural Qürbətovdan gedir. Dünən məşqdə zədələnən hücumçu bu səbəbdən Gəncəyə gətirilməyib. 

 

Komandanın heyətində digər itki cəzalı olan Nicat Qurbanovdur. Bu ikilidən başqa bütün oyunçular görüşə hazırdırlar.

Xəbər xətti