Almaniya İngiltərəyə, Çexiya Litvaya qarşı

10:55 - 22 Mart 2017

Millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqibləri olan Çexiya və Almaniya yığmaları bu gün yoxlama oyunu keçirəcək.

 

Sportal.az xəbər verir ki, Yoahim Lövün komandası Dortmundda İngiltərə millisi qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

 

Çexiya isə Litva ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

 

Qeyd edək ki, martın 26-da Almaniya Bakıda millimizlə qarşılaşacaq.

Xəbər xətti