Prosineçki Almaniya ilə oyun üçün start heyəti açıqladı

19:39 - 25 Mart 2017

Milli komandamız DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Almaniya yığmasını qəbul edəcək.

 

Sportal.az xəbər verir ki, millimizin baş məşqçisi Robert Prosineçki matçdan öncə keçirilən mətbuat konfransında bundestimə qarşı meydana buraxacağı start heyəti açıqlayıb.

 

Yığmamız Almaniya ilə oyuna aşağıdakı heyətlə çıxacaq:

 

Kamran Ağayev, Pavel Paşayev, Rəşad Sadıqov, Bədavi Hüseynov, Məhəmməd Mirzəbəyov, Qara Qarayev, Cavid Hüseynov, Rahid Əmirquliyev, Dmitri Nazarov, Əfran İsmayılov, Ramil Şeydayev.

 

Qeyd edək ki, Azərbaycan – Almaniya qarşılaşması sabah saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

Xəbər xətti