Budaq Nəsirovlu "Sportinq" 1 xal qazandı

00:23 - 10 Aprel 2017

Futbol üzrə Portuqaliya ikinci liqasında (Sequnda liqa) 35-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Budaq Nəsirovun şərəfini qoruduğu "Sportinq B" səfərdə "Santa Klara" ilə qarşılaşıb. Matç 1 - 1 hesablı bərabərliklə başa çatıb.

 

Nəsirov oyunun 81-ci dəqiqəsində meydana buraxılıb. 5-ci dəqiqədə qapısında qol görən Budağın komandası cavab topunu məhz onun meydana çıxmasından bir dəqiqə sonra vurub.

 

Qeyd edək ki, "Sportinq"in ikinci komandası hazırda 47 xalla 22 komanda arasında 13-cü pillədə qərarlaşıb.

Xəbər xətti