Cerrard baş məşqçiliyə başlayacaq

01:22 - 13 Aprel 2017

"Liverpul" sabiq kapitanı Stiven Cerrard növbəti mövsümdən məşqçiliyə başlaya bilər.

 

Sportal.az "Mirror"a istinadən xəbər verir ki, hazırda "Liverpul" akademiyasında bütün yaş qruplarına nəzarət edən mütəxəssisin növbəti mövsümdən “Liverpul”un U-18 komandasının baş məşqçisi təyin ediləcəyi gözlənilir.

 

“Qırmızılar”ın əsas komandasının baş məşqçisi Yurgen Klopp bildirib ki, bu təyinat Cerrardın məşqçi kimi püxtələşməsində böyük rol oynaya bilər.

 

Qeyd edək ki, Cerrard 1998-2015-ci illərdə "Liverpul"da çıxış edib.

Xəbər xətti