Portuqaliyalı futbolçu: "Pulu düşünsəydim, Azərbaycana gedərdim"

10:44 - 14 Aprel 2017

Şotlandiyanın “Harts” klubunun hücumçusu İsmael Qonsalviş açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 25 yaşlı futbolçu ötən yayda Azərbaycandan təklif aldığını söyləyib:

 

“Ötən yay Azərbaycandan çox sərfəli təklif almışdım. Xidmətimdə başqa klublar da maraqlı idi. Ancaq mən pulu seçmədim, karyeramı düşündüm. Pulu düşünsəydim, Azərbaycana gedərdim. Çünki 2015-ci ildə Səudiyyə Ərəbistanının “İttifaq” klubuna gedəndə səhv addım atmışdım. Həmin qərarı düşündüm və Azərbaycana getmədim. Yenidən səhv addım atmaq istəmədim. “Anartossis” klubunu seçməklə düz addım atdım. Qışda isə Şotlandiyaya üz tutdum. Hazırda böyük çempionatda çıxış edirəm. Pulla xoşbəxtlik qazanmırlar”.

 

Qeyd edək ki, portuqaliyalı futbolçu qış fasiləsində “Anartossis”dən “Harts”a keçib və 11 oyunda 5 qol vurub.

Xəbər xətti