Türkiyə Super Liqasının 2017/18 mövsümü nə vaxt başlayır?

14:33 - 20 Aprel 2017

Türkiyə çempionatlarında 2017/2018 mövsümünün başlama vaxtı məlum olub.

 

Sportal.az xəbər verir ki, Super Liqa avqustun 11-də, 1, 2-ci liqanın oyunları isə avqustun 26-27-də  start götürəcək. 

 

Bundan əlavə, federasiya Türkiyə Super kubokunun da vaxtını açıqlayıb. Super Liqanın qalibi və Türkiyə kubokunu qazanan komandalar arasında matç avqustun 6-da keçiriləcək.

 

Super Kubokun harada keçirilməsi və Super Liqanın tam təqvimi qarşıdakı həftələrdə açıqlanacaq.

Xəbər xətti