Avrokuboklara sonuncu vəsiqənin sahibi "Zirə" oldu

17:58 - 29 Aprel 2017

Azərbaycan Premyer Liqasında mövsümün son turunun oyunları davam edir.

 

Sportal.az xəbər verir ki, 28-ci turun baş tutan matçlarından sonra avrokuboklara sonuncu vəsiqənin sahibinin adına aydınlıq gəlib.

 

AZAL-ı 3 - 0 hesabı ilə məğlub edən "Zirə" xallarını 39-a yüksəldərək çempionatı 4-cü pillədə tamamlayıb. Bununla da paytaxt təmsilçisi bu mövsüm ölkəmizi Avropa Liqasında təmsil etmək hüququ qazanıb.

 

Qeyd edək ki, ölkə çempionluğunu artıq rəsmiləşdirən "Qarabağ" Çempionlar Liqasında, ikiinci pillənin sahibi "QƏbələ" ilə bürünc medalları qazanan "İnter" isə Avropa Liqasında mübarizə aparacaq..

Xəbər xətti