Sportal.az-ın xəbəri təsdiqləndi: "Kəpəz" legioneri ilə yolları ayırdı

18:51 - 29 Aprel 2017

Dario Federiko “Kəpəz” klubundan ayrılıb.

 

Sportal.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Şahin Diniyev məlumat verib. Təcrübəli mütəxəssis bildirib ki, 2 il ərzində komandaya böyük fayda verən Dario Federiko Yaponiya və Koreya klublarından təklif aldığına görə, klubu tərk edib.

 

Qeyd edək ki, Federiko ötən mövsümdən “Kəpəz”də çıxış edir. 26 yaşlı yarımmüdafiəçi bu mövsüm Premyer Liqada 21 oyun keçirib və 4 qol vurub.

 

Əlavə edək ki, Darionun Gəncə klubundan ayrılacağı barədə ilk dəfə Sportal.az saytı məlumat vermişdi (http://sportal.az/news/83920).

Xəbər xətti