Dieqo Simeone: "Şansımız var"

11:24 - 3 May 2017

“İlk hissədə hər iki komandanın oyunu alınmadı. Hər iki tərəf şanslar əldə etsə də, həlledici məqamlarda səhvlər etdi”.

 

Sportal.az xəbər verir ki, bu  sözlər “Atletiko”nun baş məşqçsi Dieqo Simeoneyə məxsusdur.

 

Madrid təmsilçisi Çempionlar Liqasının yarımfinal mərhələsnin ilk oyunları çərçivəsndə “Real”a məğlub olub – 3:0. Matçdan sonra açıqlama verən Simeone fikirlərini izah edib:

 

“Fərqlənmək üçün bir neçə imkanımız oldu, amma rəqib qapıçı buna imkan vermədi. İkinci hissədə topu özümüzdə saxlamağa çalışsaq da, bunun da xeyri olmadı. Nəticəyə görə üzgünəm, amma düşünürəm ki, şansımız var. Biz "Atletiko"yuq, sona qədər mübarizə aparacağıq. Oyundan sonra futbolçulara dedim ki, bu nəticəni unutmalıyıq. Cavab oyununda son ana qədər döyüşəcəyik”.

 

Qeyd edək ki, komandalar arasında cavab oyunu mayın 10-da keçiriləcək.

Xəbər xətti