Çempionlar Liqasında ikinci finalçı müəyyənləşir

10:31 - 10 May 2017

Bu gün UEFA Çempionlar Liqasında 2016/2017-ci il mövsümünün ikinci finalçısı müəyyənləşəcək.

 

Sportal.az xəbər verir ki, həlledici görüşdə “Yuventus”un rəqibinin adına Madrid derbisində aydınlıq gələcək. “Real” səfərdə “Atletiko”nun qonağı olacaq. İlk oyunda 3:0 hesablı qələbə qazanan  “kral klubu” cütün taleyini böyük ehtimalla həll etsə də, tərəflər arasındakı qarşılaşma maraqla gözlənilir.

 

Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab qarşılaşması
 
22:45 Atletiko - Real
Baş hakim:
Cüneyt Çakır
Yan xətt hakimləri: Bahattin Duran, Tarik Ongun
Köməkçi hakimlər: Ali Palabıyık, Barış Şimşek
Dördüncü hakim: Emre Eyisoy (hamısı Türkiyə)
Hakim-inspektor: Euqen Striqel (Almaniya)
UEFA nümayəndəsi: Adrian Titkom (İngiltərə)

Xəbər xətti