Çin klubundan Obameyanqa fantastik təklif

10:31 - 17 May 2017

Almaniya Bundesliqasında çıxış edən Dortmund “Borussiya”sının hücumçusu Pyer-Emerik Obameyanqa Çindən fantastik təklif gəlib. 


Sportal.az "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, “Tianjin Quanjian” klubu qabonlu futbolçuya illik 50 milyon avro təklif edib. Həmçinin, Fabio Kannavaronun çalışdırdığı komanda “Borussiya”ya 80 milyon avro ödəyəməyə hazırdır.

 

Obameyanq cari mövsüm bütün turnirlər daxil olmaqla 44 oyuna 37 qol vurub və 5 məhsuldar ötürmə edib.

Xəbər xətti