"Mançester Siti" yeni transferini təqdim etdi

00:18 - 27 May 2017

"Monako"nun futbolçusu Bernardo Silvanın "Mançester Siti"yə keçidi rəsmiləşib.

 

Sportal.az xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb. Onun transferi "şəhərlilər"ə 69 milyon avroya başa gəlib.

 

Qeyd edək ki, 22 yaşlı futbolçu cari mövsümdə meydana çıxdığı 58 matçda 11 qol vurub, 10 qolun ötürməsini verib.

 

"Mançester Siti" yeni transferini ictimaiyyətə təqdim etdi

Xəbər xətti