"Qarabağ" Gürcüstana gedir

12:40 - 27 May 2017

"Qarabağ"ın 11 yaşadək futbolçulardan ibarət komandası Gürcüstanın paytaxtı Tbilisidə təşkil edilən Nodar Axalkatsinin xatirəsinə həsr olunan beynəlxalq turnirdə iştirak edəcək.

 

Sportal.az xəbər verir ki, yarış bu gün başlayıb iyunun 2-nə qədər davam edəcək. Ağdam təmsilçisi ilk qrupda  Gürcüstanın "İveriya", "Olimpik" və "Champion" klublarıyla qarşılaşacaq.

 

"Qarabağ" ilk oyunu bu gün "İveriya" komandasına qarşı keçirəcək. Oyunlar Tbilisi "Dinamo"su akademiyasının meydançalarında baş tutacaq.

Xəbər xətti