Millimizin üzvü "Neftçi"də

14:17 - 27 May 2017

Paytaxtın “Neftçi” klubu transfer çalışmalarını davam etdirir.

 

Sportal.az xəbər verir ki, bunadək Səlahət Ağayev və Məhəmməd Mirzəbəyovun keçidini həll edən “ağ-qaralar” daha bir futbolçu ilə anlaşıb.

 

Söhbət son mövsümü  I divizionda mübarizə aparan “Səbail” klubunun heyətində keçirən Rəşad Əzizlidən gedir. 21 yaşadək futbolçulardan ibarət millimizin qapıçısı ilə yaxın günlərdə 1 illik müqavilə imzalanacaq.

 

Qeyd edək ki, Əzizli “Səbail”dən əvvəl “Simurq”, “Rəvan” və AZAL kimi komandalarda çıxış edib.

Xəbər xətti