Aykut Kocaman: "Fənərbaxça"da yarımçıq qalmış işlərim var"

16:05 - 3 İyun 2017

"Fənərbaxça"nın yeni baş məşqçisi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, İstanbul klubuna Aykut Kocaman başçılıq edəcək. Bu barədə o, özü açıqlama verib: "Fənərbaxça"da yarımçıq qalmış işlərim var. Onları həll etməyə gəlirəm. Rəsmi açıqlama "Qalatasaray"la keçirəcəyimiz oyundan sonra veriləcək".

 

Aykut Kocamanın başçılıq etdiyi "Konyaspor" bu mövsüm Türkiyə Kubokunu qazanıb. Konya klubu bu gün Super Liqanın son turunda "Qalatasaray"la qarşılaşacaq. Bu 52 yaşlı mütəxəssisin komandada son oyunu olacaq.

 

Qeyd edək ki, Kocaman "Fənərbaxça"nı 2010-2013-cü illərdə çalışdırıb.

Xəbər xətti