Dani Alveş Premyer Liqada çıxış edə bilər

14:00 - 18 İyun 2017

“Yuventus”un müdafiəçisi Dani Alveş komandasından ayrıla bilər.

 

Sportal.az xəbər verir ki, braziliyalı müdafiəçi “Mançester Siti”yə transfer oluna bilər. Əgər tərəflər arasında razılıq əldə edilsə, 34 yaşlı futbolçunun keçidi "şəhərlilər"ə 5 milyon funt-sterlinqə başa gələcək.

 

Qeyd edək ki, Dani Alveşlə bir neçə il öncə “Barselona”da Pep Qvardiolanın rəhbərliyi altında oynayıb.

Xəbər xətti