Millimizin üzvü Türkiyə klubu ilə danışıqlara başladı

16:16 - 20 İyun 2017

Millimizin futbolçusu Ufuk Budakın yeni komandasının adına aydınlıq gəlmək üzrədir.  

 

Sportal.az xəbər verir ki, cinah müdafiəçisi karyerasını Türkiyənin I Liqa təmsilçisi "Adana Demirspor"da davam etdirə bilər. Bu barədə məlumatı Türkiyə mətbuatı yayıb. İddiaya görə, "Manisaspor"la müqaviləsi başa çatan futbolçu yeni sözləşmə üçün razılığa gələ bilməyib. Manisa təmsilçisi ilə maliyyə məsələlərində ortaq məxrəc əldə olunmayıb. Belə olan halda millinin müdafiəçisi "Adana Demirspor"la danışıqlara başlayıb.

 

Danışıqlar müsbət yekunlaşsa, Ufuk karyerasını "Adana Dəmirspor"da davam etdirəcək.

 

Qeyd edək ki, Budak ötən mövsümün ilk yarısını "Kayserispor"da, ikinci yarısını isə "Manisaspor"da keçirib.

Xəbər xətti