Altıntop Çexiya klubunda

17:05 - 27 İyun 2017

Türkiyə millisinin sabiq üzvü Halil Altıntopun yeni komandası müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, təcrübəli futbolçu karyerasını Çexiyada davam etdirəcək. Belə ki, 34 yaşlı yarımmüdafiəçi Praqanın "Slaviya" klubu ilə müqavilə imzalayıb.

 

Qeyd edək ki, təcrübəli futbolçu son olaraq Almaniyanın "Auqsburq" klubunda çıxış edib.

Xəbər xətti