"Qalatasaray"da şok itkilər: Avroliqa matçında oynamayacaqlar

15:55 - 9 İyul 2017

"Qalatasaray"ın heyətində ciddi itkilər baş verib.

 

Sportal.az xəbər verir ki, "sarı-qırmızılar"ın hücumçusu Eren Derdiyok və yeni transfer Yunes Belhanda sıradan çıxıb. Hər iki futbolçu Macarıstanın "Diosqyor" klubu ilə hazırlıq matçında (2 - 0) xəsarət alıb.

 

Keçirilən tibbi müayinədən sonra  Derdiyokla Belhandanın durumuna aydınlıq gəlib. Onların 10 gün yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

 

Belə olan halda bu futbolçular Avropa Liqasının II təsnifatə mərhələsi çərçivəsində İsveçin "Ostersunds" klubu ilə qarşılaşmada İstanbul təmsilçisinə kömək edə biləməyəcək.

Xəbər xətti