"Qarabağ"ın 5 potensial rəqibi müəyyənləşdi

01:07 - 3 Avqust 2017

“Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsinin püşkatmasında “səpələnməmişlər” arasında yer alacaq. 

 

Sportal.az xəbər verir ki, Ağdam klubu qrup məerhələsinə gedən yolda son maneəni keçmək üçün reytinqdə özündən üstün olan komandanı üstələməlidir. Belə ki, çempionumuz pley-offda “Olimpiakos” (Yunanıstan), “Seltik” (Şotlandiya), “Kopenhagen” (Danimarka), APOEL (Kipr) və ya “Maribor”la (Slovaniya) qarşılaşacaq. 

 

Pley-off-un püşkü avqustun 4-ü, Bakı vaxtı ilə saat 14:00-da atılacaq.

 

 

Çempionlar Liqası

Pley-off mərhələsi

 

Çempionlar yolu

 

Səpələnmişlər
“Olimpiakos” (Yunanıstan)
“Seltik” (Şotlandiya)
“Kopenhagen” (Danimarka)
APOEL (Kipr)
“Maribor” (Sloveniya)

 

Səpələnməmişlər
“Qarabağ” (Azərbaycan)
“Astana” (Qazaxıstan)
“Riyeka” (Xorvatiya)
“Hapoel” (Beer-Şeva, İsrail)
“Slaviya” (Çexiya)

 

Liqa yolu

 

Səpələnmişlər
“Sevilya” (İspaniya)
“Napoli” (İtaliya)
“Liverpul” (İngiltərə)
ÇSKA (Moskva, Rusiya)
“Sportinq” (Portuqaliya)

 

Səpələnməmişlər
“Styaua” (Rumıniya)
“Yanq Boyz” (İsveçrə)
“Nitsa” (Fransa)
“Hoffenhaym” (Almaniya)
“Başakşəhər” (Türkiyə)

Xəbər xətti