Qaret Beyldən "Mançester Yunayted" açıqlaması

16:58 - 9 Avqust 2017

Madrid "Real"ının ulduz futbolçusu Qaret Beyl açıqlama verib.

 

Sportal.az xəbər verir ki, adı "Mançester Yunayted"lə hallanan oyunçu bu iddialara münasibət bildirib. Uels millisinin üzvü "Real"da oynamaqdan zöv aldığını söyləyib:

"Real"da oynamaqdan zövq alıram. Hazırda futboluma köklənmişəm. İddialarlı oxumuram və dinləmirəm də. Mən ancaq və ancaq futbolu sevirəm və bunun dadını "Real"da çıxarıram".

 

"Kral klubu"nun prezidenti Florentino Peres də açıqlamasında Beyli satmaq düşüncələrində olmadığını vurğulayıb:

 

"Qaret Beyli satmar fikrimiz yoxdur. Bizim üçün önəmli futbolçudur və dünyanın ən yaxşı oyunçularından biridir".

 

Qeyd edək ki, Beyl 2013-cü ildən "Real"da çıxış edir.

Xəbər xətti