Respublika stadionunda yenilənmə işləri başa çatdı FOTOLAR

14:16 - 14 Avqust 2017

Tofiq Bəhramov adına Respublika stadionunda "Goal line" sistemi (Qolların avtomatik müəyyənləşdirmə sistemi) qurulub.
 
Sportal.az xəbər verir ki, quraşdırma işləri artıq yekunlaşıb. UEFA-nın tələblərinə əsasən qurulan bu sistemin məqsədi - topun qapı xəttini keçib-keçmədiyini avtomatik müəyyənləşdirməkdir. "Goal line” sistemi Azərbaycanın futbol tarixində ilk dəfə olaraq "Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsində, avqustun 15-də keçirəcəyi "Kopenhagen”lə ilk oyununda tətbiq olunacaq.

 

Bundan əlavə, Respublika stadionunda UEFA-nın tələbinə əsasən, meydanın kənarında bilbordlar – elektron reklam lövhələri quraşdırılıb. Bu, pley-off matçı olduğu üçün bilbordların olması vacibdir.  


Qeyd edək ki, "Qarabağ" - "Kopenhagen" oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

 

Image may contain: stadium and outdoor

Image may contain: people playing sports, basketball court and outdoor

Image may contain: stadium

Xəbər xətti