Samir Nəsri Türkiyə klubunda

11:11 - 20 Avqust 2017

Türkiyənin "Antalyaspor" klubu heyətini ulduz futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, Super Liqa təmsilçisi "Mançester Siti"nin yarımmüdafiəçisi Samir Nəsrini transfer edib. Fransa millisinin üzvü bu gün Antalyaya gələrək 2 illik rəsmi müqaviləyə imza atacaq.

 

30 yaşlı yarımmüdafiəçi "qırmızı-ağlar"da illik 4 milyon avro və bonuslar qazanacaq.

 

Qeyd edək ki, Samir Nəsri son mövsümü icarə əsasında "Sevilya"da keçirib. O, La Liqa klubunun heyətində meydana çıxdığı 23 qarşılaşmada 2 qol vurmağı bacarıb.

Xəbər xətti