Azərbaycanlı futbolçu: "Mənə görə məğlub olduq, üzr istəyirəm"

Moskva “Spartak”ının Azərbaycan əsilli futbolçusu Aleksandr Səmədov azarkeşlərdən və komanda yoldaşlarından üzr istəyib.

 

Sportal.az xəbər verir ki, Səmədov “Spartak” - “Lokomotiv” oyununda (3:4) iki sarı vərəqə alaraq, meydandan qovulub. O, meydandan qovulana qədər komandası hesabda öndə olub. Səmədov ikinci sarı vərəqəni simulyasiyaya görə alıb:

 

“Azarkeşlərimizdən, məşqçilər korpusundan, komanda yoldaşlarımdan üzr istəyirəm. Mənə görə komanda məğlub oldu. Mən qırmızı vərəqəni haqq etmişdim. Bir daha hər kəsdən üzr istəyirəm”.

Tarix: 20 Avqust [20:51]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24 Noyabr 2017
23  Noyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio