"Qarabağ" azarkeşlərə müraciət etdi

21:43 - 24 Avqust 2017

Çempionlar Liqasının qrup mərhələsində iştirak edəcək "Qarabağ" azarkeşlərə müraciət edib.

 

Sportal.az xəbər verir ki, Ağdam klubu rəsmi "Facebook" səhifəsində müraciət yerləşdirib.
 
Müraciətdə azarkeşlərdən "Qarabağ"ın qrupda qarşılaşacağı komandaların sosial şəbəkələrdəki hesablarında təhqirlərə yol verməməsi xahiş olunub:
 
"Xahiş edirik ki, rəqiblərimizin sosial şəbəkə hesablarında etik normalardan kənara çıxmayaq, öz əxlaq və mədəniyyətimizlə örnək olaq. 

 

Daha öncə rəqiblər öz sosial şəbəkə hesablarından Azərbaycana girişi qadağan etmişdilər, indi isə qitənin ən güclü klublarının xatirələrində neqativ qalmayaq. 

 

Anlayışınız üçün təşəkkür edirik".

Xəbər xətti