"Neftçi" yenə uduzdu YENİLƏNİB

20:51 - 10 Sentyabr 2017

Bu gün Azərbaycan Premyer Liqasında 4-cü turun daha bir görüşü baş tutacaq.

 

Sportal.az xəbər verir ki, günün yeganə matçında "Sumqayıt" "Neftçi"ni qəbul edəcək. Bu qarşılaşma "Kapital Bank Arena"da keçiriləcək.

 

"Sumqayıt" ardıcıl iki məğlubiyyətdən sonra qələbə qazanmağa çalışacaq. 3 turdan sonra qələbəyə həsrət qalan "Neftçi" isə ilk qalibiyyətini alıb azarkeşlərini sevindirməyə səy göstərəcək.

 

Qeyd edək ki, turun "Səbail" - "Qarabağ" görüşü Ağdam təmsilçisinin Çempionlar Liqasında "Çelsi" ilə oyununa görə təxirə salınıb. Bu qarşılaşma 8 dekabr tarixində keçiriləcək.

 

10 sentyabr (bazar)

“Sumqayıt” – “Neftçi” 1:0 

QOL: Amil Yunanov, 25 (pen)
Hakimlər: Rəhim Həsənov, Azər Əsgərov, Cəmil Quliyev, Ramil Diniyev
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Rövşən Əhmədov 
“Kapital Bank Arena”, 19:00

Xəbər xətti