"Roma"nın futbolçusu sıradan çıxdı

22:53 - 29 Sentyabr 2017

İtaliya A Seriasında mübarizə aparan “Roma”nın hücumçusu Qreqorye Defrel sıradan çıxıb. 


Sportal.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Çempionlar Liqasında “Qarabağ”la qarşılaşmada zədələnən fransalı futbolçunun durumuna aydınlıq gəlib.


Matçın 58-ci dəqiqəsində ayağından xəsarət alaraq Alessandro Florenzi ilə əvəzlənən 26 yaşlı futbolçunun zədəsi ciddi olmasa da, o, qarşıdakı oyunu buraxacaq. Belə ki, Defrel İtaliya A Seriasının VII turunda “Milan”la olacaq qarşılaşmada komandasına kömək edə bilməyəcək. Yalnız milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilədən sonra futbolçu məşqlərə başlaya biləcək.


Qeyd edək ki, “Milan” – “Roma” matçı oktyabrın 1-də keçiriləcək.

Xəbər xətti