Mahir Məmmədov Prosineçkinin Azərbaycan millisindən ayrılmaq istəyinə münasibət bildirib

“Məsəl var – gedəni saxlamazlar. Robert Prosineçki getmək fikrindədirsə, AFFA rəhbərliyinin onu saxlaya biləcəyinə inanmıram”. 


Sportal.az xəbər verir ki, bunu “Report”a açıqlamasında AFFA İcraiyyə Komitəsinin üzvü Mahir Məmmədov Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçkinin postunda işini davam etdirmək istəməməsinə münasibət bildirərkən deyib.

 

Bununla belə, M.Məmmədli xorvatiyalı mütəxəssisin Azərbaycan yığmasının sükanı arxasındakı işini müsbət qiymətləndirib. O deyib ki, milli xüsusən son seçmə mərhələdə daha hazırlıqlı nəzərə çarpıb: “Prosineçki 3 il Azərbaycanda çalışdı. Onun işini müsbət qiymətləndirirəm. Yığma komanda 2018-ci il dünya çempionatının seşmə mərhələsində daha inamla çıxış etdi və yaxşı nəticə göstərdi. Komanda əvvəlki tsikllərlə müqayisədə fiziki cəhətdən daha hazırlıqlı idi”.


Qeyd edək ki, Robert Prosineçki Xorvatiya mətbuatına müsahibəsində böyük ehtimalla Azərbaycan millisinin sükanı arxasında qalmayacağını açıqlayıb. Onun 3 illik müqaviləsinin müddəti dekabrda başa çatır.

 

Tarix: 11 Oktyabr [12:10]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
14 Dekabr 2017
13  Dekabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio