Röyal Nəcəfovun qol vurduğu matçda komandası qalib gəldi

Türkiyə BAL Liqasında 8-ci turun oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Röyal Nəcəfovun şərəfini qoruduğu "Malatya Yeşilyurtspor" doğma meydanda "Dumlupınarspor"u qəbul edib. Qarşılaşma həmyerlimizin komandasının 3:1 hesablı qələbəsiylə başa çatıb.
 
Röyal Nəcəfov matça start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub. O, bu oyunda bir qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Bununla da həmyerlimiz Türkiyədə vurduğu qolların sayını 6-ya çatdırıb.
 
Qeyd edək ki, 8 turdan sonra rəqiblərindən 1 oyun az keçirən "Malatya Yeşilyurtspor" 13 xalla 4-cü pillədə qərarlaşıb

Tarix: 13 Noyabr [11:22]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 Noyabr 2017
19  Noyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio