İtaliya millisində Karlo Ançelotti səsləri

17:30 - 15 Noyabr 2017

60 ildən sonra dünya çempionatına vəsiqə qazanmayan İtaliya millisində baş məşqçi dəyişikliyi gözlənilir.

 

Sportal.az xəbər verir ki, Canpyero Venturanın yığmadan göndəriləcəyi gözlənilir. Onun əvəzinə milliyə Karlo Ançelottinin gələcəyi iddiaları var. Son olaraq Almaniyanın "Bavariya" klubundan ayrılan təcrübəli mütəxəssis millinin "sükanı arxası"na keçməyə namizədlər arasındadır.

 

Qeyd edək ki, 58 yaşlı mütəxəssis karyerası ərzində yığmada çalışmayıb.

Xəbər xətti