Qonsalo İquain: "Onunla gələcəkdə fərqli klubda birgə çalışsaq, möhtəşəm olardı"

İtaliya A Seriyasının 15-ci turu çərçivəsində "Yuventus" səfərdə lider "Napoli"ni 1:0 hesabıyla məğlub edərək xal fərqini birə endirib.

 

Sportal.az xəbər verir ki, oyunda yeganə qolun müəllifi olan Qonsalo İquain sabiq komandasına qarşı keçirdiyi matçdan sonra açıqlama verib. Argentinalı hücumçu öz sözünü meydanya dediyini söyləyib:

 

"Oyun haqda danışmağa ehtiyac yoxdur, sözümü meydanda demişəm".

 

29 yaşlı forvard "Napoli"də birgə çalışdığı keçmiş baş məşqçisi Maurisio Sarri barədə danışıb:

 

"Sarriyə olan sevgim futbolun üst səviyyəsindədir. O, məni daha yaxşı oyunçu edib. Sarriyə hər zaman minnətdar olacağam. Ona bir məqşçi və insan kimi çox hörmət bəsləyirəm. Bəlkə də, gələcəkdə başqa bir klubda birgə yenidən çalışdıq. Bu, möhtəşəm olardı".

 

Oyunda yeganə qolu vuran İquain fərqlənəndən sonra stadionda bir anlıq "Napoli"nin prezidenti Aurelio De Laurentiisi axtardığını deyib:

 

"Qoldan sonra "Napoli"nin prezidenti Laurentiisi axtardım, ancaq tapa bilmədim. Bəlkə də, gizlənirdi".

 

Qeyd edək ki, "Napoli"nin prezidenti İquaini "Yuventus"a keçdiyi üçün satqın adlandırmışdı. Bu transfer isə "Napoli"yə 94 milyon avro qazandırmışdı. İquain "Napoli"yə qarşı 5 oyun oynayıb və 5 qol vurub.

Tarix: 2 Dekabr [12:02]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
16 Dekabr 2017
15  Dekabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio