"Çelsi" ilə matçdan öncə "Arsenal"da ciddi itkilər

17:34 - 2 Yanvar 2018

"Arsenal" İngiltərə Premyer Liqasının 22-ci turunun "Çelsi" ilə oyununa ciddi itkilərlə çıxacaq.

 

Sportal.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Arsen Venger məlumat verib. Fransız mütəxəssisin sözlərinə görə, Sead Kolasinaçın London derbisini buraxacağı dəqiqdir. Loran Koselni və Məsut Özilin isə "Çelsi"yə qarşı oynayıb-oynamayacağı sual altındadır.

 

Qeyd edək ki, "Arsenal" - "Çelsi" qarşılaşması sabah Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

Xəbər xətti