Sabiq "Qalatasaray"lı karyerasını başa vurdu

16:25 - 5 Yanvar 2018

İsveç milli komandasının sabiq üzvü Yohan Elmander futbolçu karyerasını başa vurub.

 

Sportal.az xəbər verir ki, ölkəsinin ikinci liqasında mübarizə aparan "Örqryute" klubunda çıxış edən 36 yaşlı hücumçu qərarını "İnstagram" profili vasitəsilə açıqlayıb.

 

"Bu gün mənim kənara çəkilib meydanı gənc nəslə vermək vaxtımdı. Karyeram boyunca mənə dəstək olan bütün klublarıma və azarkeşlərə təşəkkür edirəm. Bu böyük macəranı yaşadaığım üçün çox qürurluyam. İndi gələcəyə baxmaq zamanıdı".

 

Qeyd edək ki, karyerası ərzində "Feyenoord", "Tuluza", "Qalatasaray" kimi klubların şərəfini qoruyan Elmander İsveç milli komandasının heyətində də 85 oyunda meydana çıxıb və 20 qol vurub.

Xəbər xətti