Üç hissəli oyunda Nazarovun komandası məğlub oldu

15:03 - 7 Yanvar 2018

Azərbaycan millisinin üzvü Dmitri Nazarovun formasını geyindiyi Almaniyanın "Aue" klubu II Bundesliqada mövsümün ikinci hissəsinə hazırlığı davam etdirir.

 

Sportal.az xəbər verir ki, komanda dünən yoxlama oyununda qüvvəsini çıxarıb. İspaniyada Bundesliqa təmsilçisi "Ayntraxt"la qarşılaşma 3 hissədən ibarət olub. Frankfurt təmsilçisinin baş məşqçisi Niko Kovaçın xahişi ilə komandalar meydanda əlavə 45 dəqiqə də mübarizə aparıblar. Bununla da xorvatiyalı mütəxəssis sərəncamında olan 24 futbolçunun hamısını iş başında görmək imkanı əldə edib. Görüş "Ayntraxt"ın 3:1 hesablı qələbəsi ilə başa çatıb.

 

Nazarov isə meydana əvəzetmədən daxil olub.

Xəbər xətti