Samir Abasov: "Simeone "Qarabağ"ın adını eşidən kimi başını tutdu, qışqırmağa başladı" MÜSAHİBƏ

14:49 - 10 Yanvar 2018

Topaz Premyer Liqasında qış fasiləsinə 4-cü pillədə çıxan "Sumqayıt" mövsümün ikinci yarısının hazırlığına start verib.

 

Sportal.az saytı xəbər verir ki, komanda baş məşqçi Samir Abasovun rəhbərliyi altında yanvarın 5-dən "Kapital Bank Arena"da çalışmalara başlayıb. 40 yaşlı mütəxəssis mövsümün həlledici mərhələsiylə bağlı Sport24.az-a düşüncələrini bölüşüb:

 

- Futbolçular istirahətdən sonra hansı vəziyyətdə gəliblər? Baş məşqçinin oyunçularda artıq çəkiylə bağlı qayğılandıran məqamlar varmı?

- Yox. Əksinə, sevindirən məqamlar var. Çünki yaxşı mənzərəylə rastlaşdıq. Mövsümün ilk yarısı bitən kimi - "Qarabağ"la kubok matçından 2-3 gün sonra Azərbaycana gəldim. Bildiyiniz kimi, İspaniyada, PRO kateqoriyasıyla bağlı "Atletiko"nun düşərgəsində idim. Həmin zaman artıq fasilə üçün hazırlıq proqramlarımız vardı və onu dərhal futbolçulara payladıq. Görünən odu ki. 3 futbolçunu çıxmaq şərtilə gözlənilməyən irəliləyiş var. Həmin 3 nəfər də yeni futbolçularımız - Elnur Abdullayev, Nicat Qurbanov və Ülvi İsgəndərovdu. Onlara proqram verilməmişdi. Fikirləşirdik ki, öz futbolçularımız bu proqrama bir az laqeyd yanaşarlar. Yox, əksinə, sevindirən haldı ki, hamısı çox ideal vəziyyətdə gəliblər.

 

- Yeni transferlərdə fiziki durumla bağlı problem ciddidi?

- Elnurla Nicatda poblemlər gözəçarpacaq səviyyədədi. Abdullayevə baxanda Qurbanovda vəziyyət bir az yaxşı görünür. Ancaq çəkilərdə həddindən artıq ağırlıq hiss olunur. Bunu da zamanla yoluna qoyacağıq.

 

- Üstəlik, Elnurun dizində zədə var...

- Bəli. Ona görədir ki, bu proqramla çalışa bilməyib.

 

- Sualı başqa cür qoyaq. Futbolçular artq çəkidən əziyyət çəkmirlər. Bəs kubokun yarımfinalına çıxmaq onların çəkisini artırmayıb?

- Ola bilər ki, bir az iştahanı artırıb.

 

- Hərəkətlkərində özlərindən razılıq, ulduz xəstəliyi kimi şeylər varmı?

- Yox-yox. Əksinə, bu planda həddindən artıq rahatıq. Ola bilər ki, ilk dəfədi belədi. Hardasa fikirləşirik ki, məşqlərin yükləmələrində bir az yavaş-yavaş gedək. Ancaq ilk gündən yüksək templə işləməyə başlamışıq. Bu da onların hazılrıq səviyyəsinə görədi. Futbolçular özləri bizə həddindən artıq kömək olublar.

 

- Komandanın iddiaları nə yerdədi? Məqsəd nədi?

- İddialar artıb. Artıq kubokda yarımfinaldayıq. Çempionatda qış fasiləsinə 4-cü pillədə yollanmışıq. Ancaq başa düürük ki, həddindən artıq çətin olacaq. İnciməsinlər məndən, keçən il zəif gördüyümüz bəzi klubların güclənməyə başladıqları hadqa mətbuatdən xəbər tuturuq. Legionerlər yığırlar. Düzdür, biz həmin legionerləri görməsək də, rəqiblərimizin götürdüyü əcnəbilərlə bizə başağrı olacağını bilirik. Biz də buna ciddi hazırlaşırıq. Sevindirici hal odu ki, futbolçular özləri buna ciddi yanaşırlar.

 

- Mövqelər üzrə götürsək, yeni futbolçuların alınması hansı zərurətdən irəli gəldi?

- Elnuru dayaq yarımmüdafiəsi mövqeyinə, Nicatı yarımmüdafiənin sağına, Ülvini hücuma götürmüşük. İsgəndərovun perspektivli futbolçu kimi hücum xəttimizin gücünə güc qatacağını düşünürük. "Qəbələ"nin heyətində əvəzedicilərin çempionatının bombardiri olub. Onun oyununu izləyirdik. Bildiyiniz kimi, heyətimizdə bir az oyunçu qıtlığı vardı. Fikiləşirdik ki, onları aradan qaldırmaq üçün müəyyən addımlar ataq. İnanırıq ki, yeni transferlər bizə kömək olacaqlar.

 

- Bu 3 transferlə futbolçu qıtlığını aradan qaldırmaqla bağlı iştahanız doldumu? Yoxsa planda yenə transfer varmı?

- Demək olar doldu. Ən azından istəyimiz mövqelərə bir futbolçu götürdük. Düzdür, 3 dayaq yarımmüdafiəçimiz vardı. Ancaq fikirləşirdik ki, hardasa rotasiyalar aparmağa yenə imkanımız yoxdu. Elnurun gəlişi bu işdə bizə kömək olacaq. Böyük klublar - "Qarabağ", "Qəbələ" gənc futbolçularını icarəyə verirlər. Ola bilər ki, yaşlı futbolçular da olsun. Bizə uyğun gələrlərsə, onları da götürməyə hazırıq. Ancaq bu dəqiqə hansısa oyunçuda nəzərimiz, danışıqlar aparmaq - belə bir şey yoxdu.

 

- Kuboku Sumqayıta gətirmək realdı?

- Bəli, realdı.

 

- Bu, "Qarabağ" üzərində qələbədən sonra belə təəssürat yaranıb, yoxsa?

- Sırf "Qarabağ" üzərində qələbədən sonra.

 

- Hətta "Qəbələ" də artıq qorxunc görünmür?

- (gülür) Bilmirəm, indi deməyim nə qədər düzgündü. Açıq deyim ki, "Qəbələ" bizə qorxunc görünmürdü. “Qəbələ” ilə oyunlarımız da buna sübut ola bilər. Bu məsələdə hər birinizin fikri fərqli olar. Biriniz deyə bilərsiniz ki, “Qəbələ” ilə nə oynamasınız ki?  O biri söyləyə bilər ki, yox, həqiqətən yaxşı oynamısınız. Bilirik ki, finaladək hələ iki oyunumuz var. Final isə bir matçdan ibarətdi və çox şeyi həll edə bilər.

 

- “Qarabağ"ı kubokda keçəndən sonra “Atletiko”nun baş məşqçisi Dieqo Simeone ilə görüşə bildinizmi?
- Bəli.

 

- Ona dediniz ki, sizdən fərqli olaraq biz “Qarabağ"a qalib gəldik?

 - Simeone ilə oyunun ertəsi görüşdüm. Matçın axşamı da bizdə oyun idi. Simeoneylə ümumi müzakirlərimiz oldu. Soruşdu ki, çempionatda neçənci yerdəsiniz. Dedim ki, 4-cü yerdəyik, 1-ci pillədə “Qarabağ"dı. Bu komandanın adını şidən kimi zarafatla başını tutdu, “Qarabağ” deyə qışqırmağa başladı. Söhbətimiz çox uzun çəkmədi. Hardasa 5-6 dəqiqə oldu. Əsas dialoqum mənə verdiyi köməkçisiylə oldu. Onunla 30-40 dəqiqə söhbətləşdim.

 

- Bizdə olan məlumata görə, martdan sonra ev oyunlarınızı Sumqayıtda keçirməyə bilərsiniz....

- Elədi.

 

- Bu, nə dərəcədə komandaya təsir göstərə bilər?

- Sırf azarkeş baxımından təsirini göstərə bilər. Çünki doğrudan da azarkeş dəstəyini öz çiynimizdə hiss edən komandayıq. Onlar bizə həddindən artıq kömək edirlər. Hətta stadionun kənarında, "setka"nın arxasında olan azarkeşlərin dəstəyini hiss edirik. Bu dəstək baxımdan əziyyət çəkə bilərik. Ancaq oyun sarıdan nəsə dəyişiklik olacağına inanmıram. Doğrudan da azarkeş futbolda böyük amildi. Bu haqda da düşünmüşük ki, ev oyunlarımızı keçirəcəyimiz stadion Sumqayıta yaxın olsun. Bununla da azarkeşlərimizi həmin stadiona gətirməyə çalışacağıq.

 

- Başqa problem olmayacaq ki? Məəslən, “Sumqayıt" süni meydançaya öyrəşib, ancaq məsələn, "Əlincə Arena”nı seçsəniz, orada təbii ot örtüklü meydançada oynamalı olacaqsınız...
- İlk oyunlarda hardasa problem yaşana bilər. Ancaq praktikada rastlaşmadığımdan dəqiq bir şey deyə bilmirəm. Özüm oynadığı vaxtda da belə şey olmadığından, dəqiq bir şey deməkdə çətinlik çəkirəm.


- Belə mümkün problemlərin olacağını nəzərə alsaq, məşqləri də həmin arenada keçmək variantı var?
- Yüz faiz belə olacaq. Təbii ot örtüyündə oynacağıqsa, məşqləri də orda keçəcəyik.

Xəbər xətti