"Qarabağ"ın futbolçusu: "Adım bir çox komandalarla hallanır" MÜSAHİBƏ

16:16 - 10 Yanvar 2018

"Qarabağ"ın futbolçusu Tarik Elyunussi Norveç mətbuatına (f-b.no) müsahibə verib.

 

Sportal.az xəbər verir ki, müqavilə "Olimpiakos"a məxsus olan futbolçunun adı İsveçin AİK klubu ilə hallanır. 29 yaşlı yarımmüdafiəçi müsahibəsində bu barədə danışıb.

 

- Adım bir çox komandalarla hallanır. Hazırda "Qarabağ"da hər şeydən məmnunam. Çempiolar Liqası və ölkə kuboku ilə vidalaşmışıq. Mövsümün ilk yarısı başa çatıb və liderik. Ən yaxın izləyicimizi 6 xal qabaqlayırıq. Mövsümün sonunda hər şey bəlli olacaq.

 

- Adınız son olaraq İsveçin AİK klubu ilə hallandı. Buna münasibətiniz necədir?

- AİK İsveçin böyük və tarixi klubudur. Stokholm gözəl şəhərdir. Keçmiş komanda yoldaşım Selso Borxes bu komanda haqda mənə bəhs etmişdi.

 

- Yəni, bu keçidi istisna etmirsiniz?

- Xeyr!

 

- Bəs bu məsələ nə yerdə qalacaq?

- Mənim "Qarabağ"la müqaviləm mövsümün sonunda başa çatacaq və bu komandadan razıyam. Təəssüf ki, iki ay öncə zədələndim və bəzi oyunlarda kənarda qaldım. Böyük qüvvə ilə komandaya kömək edə bilmədim. "Olimpiakos"a qayıtmağıma 6 ay vaxt qalıb. Komandaya yeni ispan məşqçi - Oskar Qarsiya gəlib. Həmçinin, "Everton"dan Kevin Mirallas icarəyə götürülüb.

 

- 2018-ci ildə nə arzu edirsiniz?

- Zədələrdən azad olmaq və çox oynamaq istəyirəm. Ötən il zədələrin ücbatından az oynadım.

Xəbər xətti