Fərid Nəbiyev "Slaviya"nın heyətində növbəti qolunu vurdu

16:36 - 21 Yanvar 2018

21 yaşadək futbolçulardan ibarət milli komandamızın üzvü Fərid Nəbiyevin çıxış etdiyi "Slaviya"nın U-21 komandası çempionatda yaranan fasilə ərəfəsində növbəti yoxlama oyunu keçirib.

 

Sportal.az xəbər verir ki, doğma şəhərdə təlim-məşq toplanışında olan komanda "Stechovice" ilə qarşılaşıb. Matç "Slvaiya"nın böyükhesablı qələbəsi ilə başa çatıb. Praqalılar rəqib üzərində 5-2 hesablı qələbəyə seviniblər. 

 

"Litomerike" ilə yoxlama görüşündə 2 qol vuraraq komandasına qələbə qazandıran istedadlı futbolçumuz bu görüşdə də özünü ən yaxşı tərəfdən göstərməyə nail olub. Belə ki, "Slaviya"nın üçüncü qoluna həmyerlimiz imza atıb. Rəqibdən topu oğurlayan Fərid, komanda yoldaşını əlverişli mövqeyə çıxarıb. Qapıçının irəli çıxdığını görən sonuncu, topu daha ideal vəziyyətdə olan Nəbiyevə qaytarıb. Həmyerlimiz də sol ayağı ilə qapını dəqiq nişan alıb.

 

Qeyd edək ki, "Slaviya"nın düşərgəsində baxışda olan digər həmyerlilərimiz - Amin Seydiyev və Rövlan Muradov da matçın iştirakçısı olublar. Hər iki futbolçu 90 dəqiqə meydanda olub. Rövlan qol otürməsi ilə yadda qalıb.

Xəbər xətti