"Kəpəz" "Ağsu" ilə heç-heçə etdi

17:30 - 1 Fevral 2018

“Kəpəz”in əvəzedici heyəti mövsümün ikinci hissəsinə hazırlıqla bağlı daha bir yoxlama oyununda qüvvəsini sınayıb.

 

Sportal.az xəbər verir ki, sözügedən komanda Birinci Divizion təmsilçisi “Ağsu” ilə qarşılaşıb.

 

Rəqib meydanında keçirilən görüş qollu heç-heçə ilə nəticələnib – 1:1. “Sarı-göylər”in qolunu 19 yaşlı yarımmüdafiəçi Fərid Məmmədov vurub.

Xəbər xətti