"Zirə" Macarıstan klubuna uduzdu

17:45 - 3 Fevral 2018

Antalyada təlim-məşq toplanışında olan “Zirə” bu gün sonuncu - 3-cü yoxlama oyununa çıxıb.

 

Sportal.az xəbər verir ki, “qartallar” Macarıstanın “Haladaş” klubu ilə qarşılaşıb. Matç "Zirə"nin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

 

Xatırladaq ki, Ayxan Abbasovun yetirmələri bundan öncə keçirdiyi oyunlarda Rumıniyanın “Voluntari” klubunu məğlub edib (2:0), Rusiyanın “Avanqard” komandasına isə uduzub (0:3).

 

Yoxlama oyunu

3 fevral

16:00 Zirə (Azərbaycan) - Haladaş (Macarıstan) 1:2

QOL: Vüsal İsgəndərli, 16.

Xəbər xətti