"Beşiktaş"ın erməni futbolçusunun "Aktobe"yə keçidi baş tutmadı - yeni klubu bəlli oldu

01:35 - 8 Fevral 2018

"Beşiktaş"da ayrılıq gerçəkləşib.

 

Sportal.az xəbər verir ki, Türkiyəni Çempionlar Liqasında təmsil edən komanda yarımmüdafiəçisi Aras Özbilizlə yolları ayırıb. Ermənistan millisinin üzvü karyerasını Qazaxıstanda davam etdirəcəyi gözlənilsə də, bu, baş tutmayıb. 27 yaşlı vinger "Aktobe" ilə müqavilənin şərtlərində razılığa gələ bilməyib. Arasın yeni klubu artıq bəlli olub. O, Moldovanın "Şerif" klubuna transfer olub.

 

Qeyd edək ki, Özbiliz Hollandiyanın "Ayaks" klubunun yetirməsidir. 2016-cı ildə "Spartak"dan "Beşiktaş"a keçmişdi. Aras İstanbul klubunda 5 oyun keçirib və 1 qola imza atıb.

Xəbər xətti