Milli komandamız Belarusla qarşılaşacaq - Məkan və tarix məlumdur

12:12 - 8 Fevral 2018

Azərbaycan millisi daha bir yoldaşlıq oyunu keçirəcək.

 

Sportal.az xəbər verir ki, millimiz Bakıda Belarus yığması ilə qarşılaşacaq. Bakı Olimpiya Stadionunda keçiriləcək matç martın 23-ü saat 20:00-da başlayacaq.

 

Qeyd edək ki, millimiz martın 27-də Makedoniya, iyunun 9-da isə Latviya yığması ilə yoxlama görüşü keçirəcək.

Xəbər xətti