Rəşad Sadıqovun rəsmi debüt edəcəyi tarix bəlli oldu

13:34 - 12 Fevral 2018

U-21 milli komandamızın Avropa çempionatının seçmə mərhələsində Kosovo ilə keçirəcəyi səfər matçının zamanı və məkanı bəlli olub.

 

Sportal.az xəbər verir ki, martın 22-də Mitrovitsa şəhərində keçiriləcək qarşılaşma Bakı vaxtıyla saat 22:00-da start götürəcək.

 

Millimizin yeni baş məşqçisi Rəşad Sadıqovun rəsmi debüt edəcəyi qarşılaşma Adem Yaşari Olimpiya Stadionunda keçiriləcək.

 

Əlavə edək ki, 5 oyuna 1 xal toplayan millimiz turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

Xəbər xətti