Ozobiç 60-a çatdı, Dabo Kamananı keçdi

Topaz Premyer Liqasının XVI turunda “Zirə”ni qəbul edən “Qəbələ” 2:1 hesabı ilə qalib gəlib. 

 

Sportal.az xəbər verir ki, Qəbələ şəhər stadionundakı qarşılaşma bəzi statistik məqamlarla əlamətdar olub.

 

Filip Ozobiç “Qəbələ”də 60-cı oyununu keçirib. Xorvatiyalı yarımmüdafiəçi çempionatda 35, UEFA Avropa Liqasında 18, Azərbaycan kubokunda 7 matça çıxıb. Komandada 2-ci mövsümünü keçirən Filip “qırmızı-qara” formada 60 və daha artıq oyun keçirən 28-ci futbolçudur.

 

Baqali Dabo “Qəbələ”nin heyətində 22-ci qolunu vurub. O, klub tarixinin 4-cü bombardiridir. Hücumçu Viktor Mendi (33), Dodo (30) və Ozobiçdən (23) geri qalır.

 

Premyer Liqada 17-ci dəfə fərqlənən Dabo Yannik Kamananı (16) arxada qoyub. Çempionatda 3-cü göstəriciyə malik Baqali yalnız Mendi (29) və Dododan (23) geri qalır.

 

“Qəbələ” məğlubiyyətsiz oyunlar seriyasını 9-a çatdırıb. 6 çempionat və 3 kubok görüşünü əhatə edən seriya müddətində 8 qələbəsi olan komandamız 1 heç-heçə edib. Ev matçlarında isə “qırmızı-qaralar” 4 çempionat və 2 kubok oyunu olmaqla ardıcıl 6 qələbə qazanıb.

Tarix: 18 Fevral [18:32]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 İyun 2018
17  İyun 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio