"Binə" Tovuza itkilərlə yollanır

13:24 - 27 Fevral 2018

"Binə" Azərbaycan çempionatının I Divizionunun XVI turunda "Turan Tovuz" səfərinə itkilərlə yollanacaq.

 

Sportal.az xəbər verir ki, qapıçı Ramil Kərimov və müdafiəçi Emin Cəfərquliyev cəzalı olduqlarına görə bu matçda iştirak edə bilməyəcəklər.
 
"Xəzər"lə oyunda dizindən zədə alan və komandanın sonuncu məşqində də iştirak edə bilməyən kapitan Elmir Məmmədov da bu qarşılaşmada çıxış etməyə bilər. Zədə səbəbilə "Xəzər" ilə matçın iştirak ərizəsində yer almayan Mənsur Nəhavəndi və Məhərrəm Hüseynov isə fərdi proqram üzrə çalışırlar. Hər 3 futbolçunun "Turan Tovuz" ilə oyunda iştirak edib-etməyəcəyi sual altındadır.

Xəbər xətti