Elxan Məmmədov və Qurban Qurbanov yığma üzvləri ilə görüşdü

19:06 - 19 Mart 2018

Bu gün Milli Komandaların Məşq Mərkəzində AFFA-nın baş katibi Elxan Məmmədov və Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvləri ilə görüşüb.

 

Sportal.az xəbər verir ki, Məmmədov və Qurbanov Avropa çempionatının seçmə mərhələsinin qarşıdakı oyunlarında yığmamıza uğurlar arzulayıb.

 

U-21 millimiz Avropa çempionatının seçmə mərhələsində iki ardıcıl səfər oyunu keçirəcək. Futbolçularımız martın 22-də Kosovo, martın 27-də isə İrlandiya yığması ilə qarşılaşacaq.

Xəbər xətti